"Arsenal" Braziliya millisinin üzvüylə anlaşdı

12:06 - 18 İyul 2019

"Arsenal" növbəti transferini reallaşdırmaq üzrədir.

 

Sportal.az "Daily Mirror"a istinadən xəbər verir ki, "topçular" Braziliyanın "Qremio" klubunun vingeri Everton Soaresi transferini böyük ölçüdə həll edib. Bu keçidin London təmsilçisinə 40 milyon avroya başa gələcəyi vurğulanıb. Transferin tezliklə açıqlanacağı gözlənilir.

 

Braziliya millisinin üzvü olan 23 yaşlı futbolçu "Qremio"da 148 oyuna 38 qol vurub, 10 assist edib.

Xəbər xətti