"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola adı Münhen "Bayern"iylə hallanan Leroy Sane barədə açıqlama verib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis almaniyalı vingeri komandada saxlamaq istədiklərini deyib: "Klubumuz Saneyə ötən mövsüm yeni müqavilə təklif elədi. Onun potensialını inkişaf etdirmək üçün çalışırıq. Bizimlə qalmasını istəyirik. Sane də hər kəs kimi rəqabətin yüksək olduğu komandamızda oynamağın çətin olduğunu anlayır. Klub rəhbərliyinə də dəfələrlə demişəm ki, komandada xoşbəxt olmayan gedə bilər".
"Şəhərlilər" "Bayernin 23 yaşlı futbolçunun transferi üçün ünvanladığı 80 milyon avroluq təklifi qəbul etməmişdi. Sanenin Mançester təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.
saytlarin hazirlanmasi