İngiltərə Futbol Federasiyası "Liverpul"dan ayrılan Deniel Starrici cəzalandırıb.
Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu 2018-ci ilin yanvarında qardaşı Leonu mümkün transferi haqda məlumatlandırıb və "Sevilya"ya keçəcəyi ilə bağlı mərc şirkətində pul qoyuluşu etməyi tapşırıb.
Bu səbəbdən də İngiltərə millisinin üzvü 75 min funt-sterlinq cərimə edilib və 4-ü şərti olmaqla 6 həftəlik futboldan uzaqlaşdırılıb.
Deniel Starric bu yay "Liverpul"dan ayrılıb.
saytlarin hazirlanmasi