İngiltərə millisinin və "Mançester Siti"nin sabiq futbolçusu Mayka Riçards karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, müdafiəçi 31 yaşında butsılarını mıxdan asmağa qərar verib.
"Mançester Siti"nin yetirməsi 2015-ci ilə qədər bu klubda çıxış edib. İngiltərə millisində 13 oyun keçirmiş futbolçu "Fiorentina" və "Aston Villa"da da forma geyinib. O, 2016-cı ildən zədə səbəbindən oynamırdı.
saytlarin hazirlanmasi