Norveçə təlim-məşq toplanışına yollanan "Mançester Yunayted" hücumçusu Romelu Lukakunu heyətə daxil etməyib.
Sportal.az xəbər verir ki, yerli "Kristiansunn" klubu ilə yoxlama oyunu keçirəcək "qırmızı şeytanlar" belçikalı forvardı 26 nəfərlik heyətə salmayıb.
26 yaşlı futbolçu Mançester təmsilçisindən ayrılacağı üçün Osloya aparılmayıb.
Lukakunun adı "İnter" və "Yuventus"la hallanır.
"Yuventus"un Paulo Dibalanı Belçika millisinin üzvüylə dəyişmək istədiyi barədə iddialar var.
Lukaku "Mançester Yunayted"ə 2017-ci ildə "Everton"dan 75 milyon funt-sterlinqə transfer edilmişdi.
saytlarin hazirlanmasi