Poçettino çətin günlərindən danışdı: "Evdən çıxmaq istəmirdim"

16:53 - 30 İyul 2019

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino "Daily Mail"ə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis Çempionlar Liqasının finalında "Liverpul"a 0:2 hesabı ilə uduzduqları matç barədə danışıb. 47 yaşlı çalışdırıcı uduzduqları oyundan sonra çətin günlər keçirdiyini bildirib:

 

"Finalda nəyi səhv etdiyimizi müzakirə etdik. Kiçik detallar oyunun taleyini həll etdi. Daha sonra evə yollandım, evdən çölə çıxmaq istəmədim. Mənim üçün çox çətin günlər idi, çünki kuboku qazanmağa çox yaxınlaşmışdıq. Ertəsi gün qolf oynamağa çalışdım, onu da bacarmadım. Top vurmaq mümkün deyildi. Ailəm hər zaman yanımda idi, dəstək olurdular. Ancaq onlar da mənim kimi idi. Finaldan sonra hər iki komandanın azakeşləri "Tottenhem"in möhtəşəm oynadığını söylədi. İnsanlar bacarığınızı və nə qədər çalışdığınızı görür. Bu da sizi ayaq üstə saxlaya bilir".

Xəbər xətti