Makelele qayıtdı, "Səbail"in futbolçusunun yolunu gözləyirlər

15:42 - 3 Avqust 2019

"Çelsi"nin baş məşqçisi Frenk Lempard birgə çıxış etdiyi sabiq komanda yoldaşlarından bəzilərini kluba qaytarır.

 

Sportal.az klubun saytına xəbər verir ki, komandanın sabiq yarımmüdafiəçisi Klod Makelele də geri dönüb. Fransalı mütəxəssis klubun akademiyasında çalışacaq. O, gənc oyunçulara və icarəyə verilən futbolçulara nəzarət edəcək.

 

Lempardın məqsədi akademiyadakı işlərin təşkilini yaxşı təşkil etməkdir. 41 yaşlı çalışdırıcı aşağı yaş qruplarından ibarət komandaları çiyin-çiyinə oynadığı veteran futbolçulara tapşırmaq fikrindədir.

 

Petr Çexlə Klod Makelele artıq London klubuna qayıdıb. Çex paytaxt təmsilçisinin texniki müşaviri təyin edilib.

 

Bundan əlavə, Maykl Essyen, Mixael Ballak və Didye Droqbanın da "Çelsi"yə qayıdacağı gözlənilir. Droqbayla Ballakın təyinatı yaxın zamanlarda mümkün ola bilər. Ancaq Essyendə vəziyyət fərqlidir.

 

"Səbail"də çıxış edən futbolçunun Azərbaycan klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq. 36 yaşlı yarımmüdafiəçinin gələn yay karyerasını baş vurub, Lempardın yanına yollanacağı gözlənilir.

Xəbər xətti