"Mançester Siti" "Yuventus"un müdafiəçisi Joau Kanselunun transferini bitirib.
Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, bu keçid üçün "şəhərlilər" qarşı tərəfə 30 milyon avro və sağ cinah müdafiəçisi Danilonu verib. Müqavilənin şərtlərində daha 5 milyon avro bonus bəndi yer alıb.
Kanselu tibbi müayinədən keçmək üçün bazar ertəsi Mançesterə yollanacaq. Portuqalia millisinin üvzü 2024-cü ilə qədər müqavilə bağlayacaq. Sağ cinah müdafiəçisi və vingeri kimi çıxış edən 25 yaşlı futbolçunun illik maaşı 4,5 milyon avro olacaq.
Danilo "Yuventus"la 5 illik müqavilə bağlayacaq. 28 yaşlı braziliyalı futbolçunun illik maaşı 3,5 milyon avro olacaq.
"Mançester Siti" Danilonu ötən yay "Real"dan 30 milyon avroya transfer etmişdi.
"Yuventus" isə Kanselunu 2018-ci ilin yayında "Valensiya"dan 40,4 milyon avro qarşılığında rənglərinə bağlamışdı.
saytlarin hazirlanmasi