İngiltərənin "Çelsi" klubunun müdafiəçisi David Luis komandanın bu gün baş tutan məşqində iştirak etməyib.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi "Arsenal"a transfer olmaq üçün bu addımı atıb. Transfer qadağası olan "zadəganlar" isə 32 yaşlı stopperi satmaq fikrində deyil.
"Arsenal"ın baş məşqçisi Unai Emeri açıqlamasında müdafiəçi almaq istədiklərini deyib:
"Son gün bacarsaq, bizə yardım edəcək səviyyədə olan müdafiəçi almaq istəyirik. Bunun üzərində çalışırıq".
Braziliyalı futbolçu 2016-cı ildə PSJ-dən "Çelsi"yə keçib.
saytlarin hazirlanmasi