"Mançester Siti" Gündoğanla müqaviləni uzatdı

12:48 - 9 Avqust 2019

"Mançester Siti" Türkiyə əslli almaniyalı futbolçusu İlkay Gündoğanla müqaviləni uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

 

"Mən çox xoşbəxtəm. Bu, böyük futbolçulardan ibarət komandadır və Peplə işləmək şərəfini hiss edirəm. Üç il bu klubda oynamaq heyrətamiz hissdir. Çox şadam ki, davam edəcəm və ümid edirəm, daha gözəl nəticələr qazanarıq. Bizim əla futbolçularımız var və çox şeyə nail olmuşuq. Ancaq düşünürəm ki, hələ çox şey var. Potensialımız çoxdur", -  deyə Gündoğan klub saytına bildirib.

 

Gündoğanın "şəhərlərlilər" müqaviləsi 2020-ci ilin yayında başa çatırdı. Almaniya millisinin üzvü ötən mövsüm 50 oyuna 6 qol vurub, 8 assist edib.

Xəbər xətti