Bu gün İngiltərə Premyer Liqasında 2019/2020 mövsümü start götürür.
Sportal.az xəbər verir ki, mövsümün açılış oyunu Liverpulda reallaşacaq. Çempionluğa favoritlərdən olan yerli komanda Premyer Liqaya qayıdan "Norviç Siti"ni qəbul edəcək. "Enfild Road"da baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Son iki mövsümün çempionu - "Mançester Siti" avqustun 10-u, səfərdə "Vest Hem"lə münasibətlərə aydınlıq gətirəcək.
Turun digər matçlarında "Tottenhem" "Astov Villa"nı, qəbul edəcək, "Arsenal" isə "Nyukasl"ın qonağı olacaq.
İlk turun mərkəzi oyunu avqustun 11-i baş tutacaq. "Mançester Yunayted" "Old Trafford"da "Çelsi"ni qəbul edəcək. London klubunu çalışdıran Frenk Lempard Ole Qunnar Sulşerin baş məşqçisi olduğu komanda ilə ciddi sınaq qarşısında olacaq.
Bu mövsüm Premyer Liqada bəzi yeniliklər olacaq. Komandalar 2020-ci ilin fevral ayının 8-15 aralığında fasiləyə yollanacaq.
Çempionatda VAR ilk dəfə aktiv şəkildə istifadə olunacaq.
İngiltərə Premyer Liqasında ən çox çempionluq yaşayan komanda "Mançester Yunayted"dir (20 dəfə). "Liverpul"un 18 çempionluğu var. "Arsenal" 13, "Everton" 9, "Aston Villa" 7, "Mançester Siti", "Sanderlend" və "Çelsi" isə 6 dəfə çempionluq sevinci yaşayıb.
Azərbaycanda bu mövsüm də Premyer Liqanın oyunlarını İdman Azərbaycan kanalı yayımlayacaq.
İlk həftənin proqramı:
9 avqust
23:00 Liverpul - Norviç Siti (İdman Azərbaycan TV)
10 avqust
15:30 Vest Hem - Mançester Siti (İdman Azərbaycan TV)
18:00 Bornmut - Şeffild Yunayted
18:00 Börnli - Sauthempton
18:00 Kristal Pelas - Everton (İdman Azərbaycan TV)
18:00 Uotford - Brayton
20:30 Tottenhem - Aston Villa (İdman Azərbaycan TV)
11 avqust
17:00 Lester Siti - Vulverhempton
17:00 Nyukasl - Arsenal (İdman Azərbaycan TV)
19:30 Mançester Yunayted - Çelsi (İdman Azərbaycan TV)
saytlarin hazirlanmasi