İngiltərənin "Mançester Siti" klubu ciddi itki ilə üzləşib.
Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, "şəhərlilər"in vingeri Leroy Sane sıradan çıxıb. İngiltərə Super Kubokunun "Liverpul"la matçında zədələnən futbolçu 6-7 ay yaşıl meydanlardan kənar qalacaq. Komandanın baş məşqçisi Pep Qvardiola bu barədə məlumat verib.
"Mançester Siti" Almaniya millisinin üzvünü 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya transfer etmişdi. Sane ötən mövsüm 47 oyuna 16 qol vurub, 18 assist edib.
saytlarin hazirlanmasi