"Tottenhem"də yeni müqavilə

19:19 - 9 Avqust 2019

İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Şimali London təmsilçisi braziliyalı futbolçusu Lukas Mouranın müqaviləsini uzadıb. 26 yaşlı vingerlə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.

 

"Tottenhem" Braziliya millisinin üzvünü 2018-ci ilin yanvarında PSJ-dən 28,4 milyon avroya transfer etmişdi.

Xəbər xətti