"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının ikinci turunda "Etihad"da "Tottenhem"lə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını söyləyib:
"Möhtəşəm oynadıq, futbolçularla fəxr edirəm. Rəqib 4-5 dəfə meydanın mərkəzini keçə bildi. Buraxdığımız ikinci qolda künc zərbəsi zamanı səhvə yol verdik. Bunun üzərində çalışacağıq. Aquero buraxdığımız qola görə ona əsəbləşdiyimi düşündü. Korner zamanı birə bir mübarizə istəyirdim. Futbolun içində hisslər qaçılmazdır. Sonra onunla danışdım, Aquero sevdiyim futbolçudur".
Qvardiola Qabriel Jezusun son saniyələrdə vurduğu qolun VAR-ın qərarından sonra ləğv edilməsi barədə danışıb:
"Ötən mövsüm bu hekayənin bitdiyini düşünürdüm. Ancaq yenə də eyni şeyi yaşadıq. Hakim və VAR qolumuzu saymadı. Qərar doğru ola bilər, ancaq eyni şeyi ikinci dəfə yaşamaq çətindir. Həqiqətən də çox çətindir".
Ötən mövsüm Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"nin "Tottenhem"lə ev oyununda son dəqiqələrdə vurduğu qolu VAR ləğv etmişdi. Yekun nəticəyə əsasən, yarımfinala "Tottenhem" yüksəlmişdi.
saytlarin hazirlanmasi