İngiltərə millisinin sabiq futbolçusu Eşli Koul karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 38 yaşlı müdafiəçi "Sky Sports" kanalında veriliş zamanı karyerasını bitirdiyini söyləyib. Koul məşqçiliyə başlayacağını bildirib.
Eşli Koul 1997-2006-cı illərdə "Arsenal"da, 2006-2014-cü illərdə "Çelsi"də çıxış edib. O, "Roma", "Los Anceles Qalaksi" və "Derbi" klublarının da şərəfini qoruyub. Koul 107 dəfə İngiltərə millisinin formasını geyinib.
saytlarin hazirlanmasi