Emeri iki futbolçunu siyahıdan sildi

12:29 - 23 Avqust 2019

"Arsenal"ın baş məşqçisi Unai Emeri Şkodran Mustafi və Məhəmməd Əl-Nenninin klubdan ayrılmalı olduğunu açıqlayıb.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis onlara az şans veriləcəyini bildirib:
 

"Bəzi futbolçular heyətdəki vəziyyəti anlayır. Məsələn, Əl-Nenni və Mustafi durumdan agahdır. Bütün futbolçuların xoşbəxt olmasını istəyirəm, onlara qarşı dürüst davranmalıyam. Ötən mövsüm hər ikisi az oynadı. Onlarla danışmışam. Ayrılmaları ən düzgün qərar olar. Başqa kluba getsələr, daha çox oynayarlar. Hər ikisi səviyyəli futbolçudur, ancaq burda şansları az olacaq".

Xəbər xətti