"Mançester Yunayted"in futbolçusu beş həftəlik sıradan çıxdı

13:32 - 28 Avqust 2019

İngiltərə Premyer Liqasının III turunda "Kristal Pelas"la görüşdə zədələnən "Mançester Yunayted"in müdafiəçisi Lyuk Şounun durumu müddəti bəlli olub.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu 5 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Şounun oktyabrın ortalarında sıraya dönəcəyi bildirilir.

Xəbər xətti