İngiltərə Premyer Liqasının IV turunda "Liverpul" səfərdə "Börnli"ni 3:0 hesabı ilə üstələyib.
Sportal.az xəbər verir ki, ikinci hissənin sonlarında qonaqların futbolçuları - Sadio Mane və Məhəmməd Salah arasında gərginlik olub. Mane boş mövqeydə dayansa da, Salah xəsislik edib, ona ötürmə verməyib.
Seneqallı ulduz əvəzləndiyi zaman Salahın hərəkətinə bərk əsəbləşib. Maneni komanda yoldaşları sakitləşdirməyə çalışıb.
"Liverpul"un baş məşqçisi Yurgen Klopp mətbuat konfransında Manenin həssas insan olduğunu, hadisənin böyük olay olmadığını və komanda daxilində hər şeyi yoluna qoyacağını açıqlayıb.
saytlarin hazirlanmasi