İngiltərə millisinin üzvünü qız söhbətində vəhşicəsinə döydülər

14:27 - 8 Sentyabr 2019

İngiltərə millisinin üzvü Denni Drinkuoter Mançester şəhərində gecə klubunda döyülüb.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Çelsi"nin "Börnli"yə icarəyə verdiyi yarımmüdafiəçi gecə klubunda spirtli içki qəbul edib. 29 yaşlı futbolçu "Skantorp Yunayted"in futbolçusu Denni Ntlenin sevgilisinə astaşıb. Sərxoş olan futbolçu Ntleye "Dostum, vecimə deyil, sevgilin bu gecə mənimlə getməlidir", - deyib. Nəticədə futbolçular dalaşıb. Səs-küy yarandığını görən mühafizə xidməti hər iki oyunçunu gecə klubundan kənarlaşdırıb.

 

Hadisə şahidlərindən biri Drinkuoteri altı şəxsin döydüyünü deyib:

 

"Drinkuoter yaxın dostunun ad gününü qeyd edirdi. Spirtli içki qəbul etdikdən sonra inanılmaz dərəcədə sərxoş oldu. Çox sərxoş idi və hadisələrin çox hissəsini xatırlamır. Denni gecə klubunda bir qızla söhbət etmək üçün dəfələrlə cəhd elədi və onu rahat buraxmırdı. Qız ona oğlan dostu ilə gəldiyini desə də, Denni dinc dayanmadı, cəhd etdi. Daha sonra qızın futbolçusu sevgilisi məsələyə müdaxil etdi. Mübahisə böyüdü, bir-birlərini yumruqla vurdular. Hər ikisini gecə klubundan qovdular. Drinkuoter çölə çıxanda işlər daha da çirkin hala gəldi. Çöldə altı nəfər onu mühasirəyə aldı. Filmlərdəki kimi onu yerə yıxıb, üzünə və bədəninə zərbələr vururdular. Zərbələrin arası kəsilmirdi, ayaq biləyinin üstünə tullanırdılar. Ayağını qırmaq istəyirdilər. Drinkuoter indi pis utanır. "Börnli" ilə yaxşı performans ortaya qoymaq istəyirdi. Bu hadisədən sonra insanların onu günahlandıracağını bilir. Ciddi xəsarət alıb. Kənardan bərbad görünür".

 

Drinkuoteri "Börnli"dəki komanda yoldaşlarından birinin taksiylə hadisə yerindən uzaqlaşdırdığı bildirilir. Futbolçunun bir neçə günlük İspaniyaya qaçdığı deyilir.

 

Image

Xəbər xətti