İngiltərənin "Mançester Yunayted" klubu qapıçısı David de Xea ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır.
Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ispaniyalı qapıçının həftəlik maaşını 290 min funt-sterlinq edəcək. Bu halda onun məvacibi komanda yoldaşı Pol Poqbayla eyni olacaq.
De Xea "Mançester Yunayted"lə anlaşmasa, "Yuventus" ispaniyalı əlcək sahibini mövsümün sonunda azad agent statusu ilə heyətinə qatmağa çalışacaq.
28 yaşlı qapıçı 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.
saytlarin hazirlanmasi