İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Norviç Siti"nin finlandiyalı hücumçusu Temu Pukki ötən ayın ən yaxşı futbolçusu seçilib.
Premyer Liqa tarixində "Norviç Siti"dən ilk dəfə bir futbolçu ayın ən yaxşısı seçilib. Pukki Premyer Liqada bu mükafatı qazanan 3-cü finlandiyalı olub.
29 yaşlı futbolçu avqust ayında 4 oyuna 5 qol vurub, 1 assist edib.
saytlarin hazirlanmasi