Ernesto Valverde: "Hücumda əskiklərimiz var"

13:02 - 22 Sentyabr 2019

İspaniya La Liqasının V turunda səfərdə "Qranada"ya 0:2 hesabı ilə uduzan "Barselona"nın baş məşqçisi Ernesto Valverde oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis hücum xəttində problemlərinin olduğunu deyib:

 

"Oyunumuz məni narahat edir. Performansımız heç yaxşı deyil. Hücumda əskiklərimiz var. "Borussiya" və "Osasuna" ilə oyunlarda da bunu gördük. Daha yaxşı olmaq üçün çalışacağıq. Bu nəticələrə cavabdeh mənəm. Əsəbiyəm, çünki qalib gəlmədik və qələbəni də haqq etmirdik. "Qranada" bizdən üstün idi və daha çox qol vura bilərdi. Heyətimizə gec qoşulmuş futbolçular var, buna baxmayaraq, yaxşı oynamırıq".

 

"Barselona" La Liqada 5 tura 7 xal toplayıb.

Xəbər xətti