Poqba azarkeşlərdən qorunmaq üçün 15 minə xüsusi köpək aldı

16:50 - 23 Sentyabr 2019

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba mühafizəçi köpək alıb.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu iti mühafizə məqsədilə böyüdən və xüsusi tərbiyə verən şirkətə 15 min funt-sterlinq ödəyib.

 

Poqba bəzi klub azarkeşlərinin aqressiv münasibətinə görə xüsusi bəslənmiş köpək almağa qərar verib. Fanatların klubun bazasının yaxınlığına "Pogba aut" yazması futbolçunun qərarına təkan verib.

 

Daha öncə "qırmızı şeytanlar"ın digər üzvləri - Fil Consla Markus Reşford da eyni şirkətdən it alıb. Xüsusi köpəklər sahibindən göstəriş almadığı təqdirdə insanlara hücum çəkmir.

 

Image

Xəbər xətti