"Liverpul" rekord müqaviləyə hazırlaşır

17:31 - 24 Sentyabr 2019

"Liverpul" "Nike" şirkəti ilə sponsorluq anlaşması əldə etməyə yaxındır.

 

Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, "qırmızılar" illik 45 milyon funt-sterlinq gəlir götürdüyü "New Balance" ilə mövcud müqaviləni ləğv etməyə qərar verib. "Liverpul" "Nike" ilə əməkdaşlıqdan illik 75 milyon funt-sterlinq qazanacaq.

 

Bu, "Liverpul" tarixinin ən bahalı reklam anlaşması olacaq. Son Çempionlar Liqasının qalibi 2020/2021 mövsümündən "Nike" ilə əməkdaşlığa başlayacaq.

Xəbər xətti