Çelsinin Nigeriya əsilli ingilis futbolçusu Temmi Abraham milli komanda seçimini etməyib.
Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu açıqlamasında seçim etmədiyini bildirib: "Qərarımı verməmişəm. Klubumun oyunlarına köklənmişəm. İki ölkənin millisində oynamaq üçün təklif almağım müsbət haldır. Deməli, "Çelsi"də doğru işlər görürəm. Hər iki ölkəni sevirəm. Qərar vermək üçün doğru zamanı gözləyirəm".
Abraham İngiltərə millisinin heyətində iki yoxlama oyunu keçirdiyi üçün Nigeriya yığmasını seçmək hüququna sahibdir.
"Sky Sports"un məlumatına görə, atası nigeriyalı olan gənc ulduz bu gün İngiltərə milli komandasına dəvət alacaq.
Bu mövsüm "Çelsi"də parlaq oyun nümayiş etdirən Abraham 10 oyuna 8 qol vurub.
saytlarin hazirlanmasi