Temmi Abraham milli seçimini etdi

17:43 - 3 Oktyabr 2019

"Çelsi"nin Nigeriya əsilli ingilis futbolçusu Temmi Abraham milli komanda seçimini edib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu İngiltərə milli komandasında çıxış edəcək. Yığmanın baş məşqçisi Qaret Soutqeyt gənc ulduzu AÇ-2020-nin seçmə mərhələ oyunları üçün yığmaya çağırıb. Bundan əlavə, London klubunun müdafiəçisi Fikayo Tomori ilk dəfə yığma komandaya dəvət alıb.

 

Abraham İngiltərə millisinin heyətində daha öncə iki yoxlama oyunu keçirib.

 

Bu mövsüm "Çelsi"də parlaq oyun nümayiş etdirən Abraham 10 oyuna 8 qol vurub.

 

Xəbər xətti