"Tottenhem"də şok itki: Llorisin qolu sındı

13:42 - 6 Oktyabr 2019

"Tottenhem"in qapıçısı Uqo Lloris İngiltərə Premyer Liqasının VIII turunda "Brayton"la səfər oyununda ağır zədə alıb.

 

Sportal.az xəbər verir ki, fransalı qapıçı matçın 3-cü dəqiqəsində buraxılan qol zaman yerə yıxılanda qolu sınıb.

 

Klub 32 yaşlı qapıçının dərhal yerli xəstəxanaya yerləşdiyini açıqlayıb. Təcrübəli qapıçı növbəti həftə tibbi müayinədən keçəcək. Onun ən azı 2 ay oynamayacağı gözlənilir.

 

Image

Xəbər xətti