İngiltərə "Brexit"dən sonra Messiyə viza verməyəcək

18:55 - 7 Oktyabr 2019

"Barselona"nın kapitanı Lionel Messi İngiltərənin oktyabrın 31-də Avropa Birliyindən ehtimal edilən ayrılığından sonra bir daha bu ölkəyə yollanmaya bilər.

 

Böyük Britaniya oktyabrın 31-i Avropa Birliyindən ayrılmaq istəyir. Daha öncə anlaşma əldə edilmədiyi üçün ayrılıq təxirə salınmışdı. Yayılan xəbərə görə, ayın sonunda bu məsələ rəsmi təsdiqini tapacaq.

 

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, immiqrasiya üzrə ingilis hüquqşünas Endryu Ousbörn İngiltərənin AB-dən ayrılmasından sonra "Barselona"nın ulduzu Lionel Messinin bir daha bu ölkəyə gələ bilməyəcəyini deyib:

 

"Avropadakı oyunlarla bağlı spesifik qaydalar var. Əgər Avropa Birliyi vətəndaşısansa və haqqında verilmiş nəticəsiz məhkəmə qərarı varsa, Böyük Britaniyaya daxil ola bilərsən. Ancaq AB vətəndaşı deyilsənsə və haqqında məhkəmə qərar veribsə, Britaniyaya daxil ola bilmərsən. Messi vergi cəzası alıb və buna görə adaya girişi mümkün olmayacaq.

 

AB pasportu olan futbolçuların bu vəziyyətdən qorxmağa ehtiyacları yoxdur. Çünki "Brexit"dən sonra (Brexit - İngiltərənin Avropa Birliyindən ayrılmasına verilmiş ad - red) AB pasportu ilə Böyük Britaniyaya giriş mümkündür. Pasportu olmayanlar 2023-cü ildə "Uembli"də ÇL-in finalı üçün ölkəyə girə bilməyəcək.

 

İndiki qaydalar belədir. UEFA və klublar bu barədə addım atmasa, qərarlar qüvvədə qalacaq".

 

Lionel Messinin Avropa Birliyi vətəndaşıdır. 32 yaşlı ulduz futbolçu İspaniya və Argentina vətəndaşlığını daşıyır. Messi daha öncə vergi qalmaqallarına görə məhkəmə qarşısına çıxıb.

Xəbər xətti