Fransalı baş məşqçi Arsen Venger İngiltərə Premyer Liqasında çalışmaq istəmədiyini deyib.
Sportal.az xəbər verir ki, 70 yaşlı mütəxəssis bunu sabiq klubu "Arsenal"a bağlı olması ilə əlaqələndirib:
"Arsenal"a olan bağlılığa görə Premyer Liqada çalışmaq istəmirəm. İngiltərədən bir neçə təklif alsam da, rədd etdim. Öncə "Arsenal"a bağlıyam, daha sonra peşəkaram. İnsanlar hər il daha çox uğur gözləyir. 20 il "Arsenal"la çempionatın ilk 4 pilləsində olduq. Yekunda bu, kifayət etmirdi. Bu gün "Arsenal" Çempionlar Liqasında qatılsa, insanlar xoşbəxt olacaq".
Venger 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırıb. O, London klubuna üç dəfə Premyer Liqa çempionluğu qazandırıb.
saytlarin hazirlanmasi