Orkun Kökcü "Arsenal"ın hədəfində

17:23 - 10 Oktyabr 2019

Hollandiyanın “Feyenoord” klubunda çıxış edən Türkiyənin U-21 millisinin üzvü Orkun Kökçü “Arsenal”ın transfer hədəfindədir.

 

Sportal.az “Daily Mail”ə istinadən xəbər verir ki, Rotterdam klubunun 18 yaşlı yarımmüdafiəçisi digər Avropa klublarının da maraq dairəsindədir. "Feyenoord" əsas heyət üzvü olan Orkunu komandada saxlamağın çətin olacağını anlayır.

 

"Arsenal"ın bu transferi 20 milyon funt-sterlinqə bitirə biləcəyi xəbərdə qeyd edilib.

 

Gənc futbolçu bu mövsüm 13 oyuna 2 qol vurub.

 

Orkun Kökçünün qardaşı Ozan Can Kökcü “Sabah”da çıxış edir və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.

Xəbər xətti