"Arsenal"ın futbol direktoru Raul Sanllehi Məsut Özilin "Arsenal"dakı durumundan danışıb.
Sportal.az xəbər verir ki, klub rəsmisi Türkiyə əsilli oyunçunun az forma şansı qazanmasına münasibət bildirib:
"Unai Emerinin siyasəti məşqə daha çox çalışan futbolçuya şans verməkdir. Kim daha çox çalışsa, o da oynayacaq. Buna baş məşqçi cavabdehdir. Ötən mövsüm Çempionlar Liqasına vəsiqə qazanmadıq. Bu mövsüm hədəflərimizə çatmaq üçün güclü heyət qurduq. Çempionlar Liqasına vəsiqə qazanacağımızı gözləyirik".
Məsut Özil bu mövsüm "topçular"da Premyer Liqa və Liqa kubokunda iki oyun keçirib.
saytlarin hazirlanmasi