Premyer Liqada sentyabrın ən yaxşıları açıqlandı

16:54 - 11 Oktyabr 2019

İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu və baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, ən yaxşı futbolçu adına "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq layiq görülüb.

 

Obameyanq ötən ay çempionatda 4 oyuna 5 qol vurub.

 

Ən yaxşı baş məşqçi adına "Liverpul"un çalışdırıcısı Yurgen Klopp layiq görülüb. "Liverpul" bu mövsüm Premyer Liqada 8 matçın hamısında qələbə qazanıb.

 

Xəbər xətti