“Liverpul”un futbolçusu “Ginnesin rekordlar kitabı”na düşüb

16:48 - 17 Oktyabr 2019

“Liverpul”un futbolçusu Trent Aleksandr-Arnold ötən mövsüm İngiltərə Premyer Liqasında 12 assist etməklə “Ginnesin rekordlar kitabı”na düşüb.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu 1994/95 mövsümündə 11 assist edən Endi Haynklayff və 2010/11 mövsümündə 11 məhsuldar ötürmə verən Leyton Beynsi geridə qoyub.

 

İngiltərə millisinin üzvünün komanda yoldaşı Endryu Robertson ötən mövsüm 11 assist etmişdi.

 

Arnold ötən mövsüm Çempionlar Liqasında 4 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Xəbər xətti