İngiltərə Premyer Liqasının 9-cu turunda "Mançester Yunayted"lə səfərdə
1:1 hesbalı heç-heçə edən “Liverpul”un baş məşqçisi Yurgen Klopp oyundan sonra hakim qərarlarından şikayətlənib.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis meydan sahiblərinin hücumçusu Markus Reşfordun qol vurduğu hücum zamanı qayda pozuntusunun olduğunu, ancaq VAR-ın doğru qərar vermədiyini deyib:
“Məncə, çox insan Reşfordun qolundan öncəki epizodda qaydanın pozulduğunu düşünür. Mən də həmin anda qaydanın pozulduğundan əminəm, ancaq hakim oyunu davam etdirdi. Əgər VAR olmasaydı, Martin Atkinson tərəddüd etmədən fit çalacaqdı. VAR ofsayd və əllə oyunlar üçün əladır, amma belə epizodlarda kifayət qədər yaxşı deyil.
“Mançester Siti”nin bu həftə bir penaltisi verilmədi. Kevin De Bruyne cərimə meydançasında yerdə qalsa da, VAR müdaxil eləmədi. Bunlar ciddi problemlərdir.
“Mançester Yunayted” üç ildir ki, “Old Trafford”da bizə qarşı müdafiə futbol oynayır. Onları tənqid etmirəm, olanı deyirəm”.
saytlarin hazirlanmasi