Poçettino: “47 yaşım var, amma başımda ağ tük yoxdur”

16:11 - 22 Oktyabr 2019

Mövsümü uğursuz keçirən İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino istefa verəcəyi barədə gəzən xəbərlərə münasibət bildirib.

 

Sportal.az “Daily Telegraph”a istinadən xəbər verir ki, argentinalı mütəxəssis yayılan xəbərlərə fikir vermədiyini deyib:

 

“Ardıcıl məğlubiyyətlər olanda söz-söhbət çıxır. Hazırda diqqətimi komandaya ayırmışam. Digər məsələləri ciddiyə almıram. 47 yaşım var, amma başımda ağ tük yoxdur. Çünki insan övladlarının nə danışdıqları ilə maraqlanmıram. İstefa xəbərləri məni təəccübləndirmədi. Futbolda önəmli olan bu gün və sabahdır. Keçmişlə yaşamaq olmaz. Çünki dünən olanlar unudulur. Çempionlar Liqasının finalından sonra bizdən gözləntilər artıb”.

Xəbər xətti