“France Football”ın açıqladığı “Qızıl top” mükafatının 30 namizədi arasında olan “Liverpul”un hücumçusu Sadio Mane açıqlama verib.
Sportal.az xəbər verir ki, seneqallı futbolçu mükafatı qazanmaq istədiyini deyib:
“Düzünü desəm, “Qızıl top”u qazanmaq uşaqlıq arzum olub. Bununla çox çalışmağımın qarşılığını almaq istəyirəm. Əgər bu mükafatı qazansam, xəyallarım gerçəkləşəcək. Dünyanın ən xoşbəxt insanı olaram”.
Manenin “Liverpul”la müqaviləsi 2023-cü ilə qədərdir. 27 yaşlı futbolçu bu mövsüm 12 oyuna 8 qol vurub, 2 assist edib.
saytlarin hazirlanmasi