“Enfild”də möhtəşəm futbol gecəsi: 10 qol vurulan oyunda “Liverpul” “Arsenal”ı kubokdan kənarlaşdırdı – VİDEO

02:02 - 31 Oktyabr 2019

İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, “Liverpul” “Enfild Road”da “Arsenal”ı qəbul edib.

 

Qarşılaşmada hesabı ev sahibləri açıb. 6-cı dəqiqədə Şkodran Mustafi avtoqola səbəb olub.

 

19-cu dəqiqədə qonaqlar Lukas Torreyranın qolu ilə hesabda tarazlıq yaradıb. Qabriel Martinellinin dublundan sonra London klubu hesabda 3:1 önə keçib.

 

43-cü dəqiqədə “Liverpul”un kapitanı Ceyms Milner penaltini dəqiq yerinə yetirməklə fərqi azaldıb.

 

54-cü dəqiqədə Eynzli Meytlend-Naylz hesabı “Arsenal”ın xeyrinə dəyişib – 4:2.

 

Lakin meydan sahibləri təslim olmayıb. Gərgin və möhtəşəm mübarizədə keçən qarşılaşmanın 58-ci dəqiqəsində Aleks Oksleyd-Çemberleyn keçmiş komandasını məyus edib – 3:4. 4 dəqiqə sonra “Liverpul”un forvardı Divok Orici qarşılaşmada 8-ci qolun müəllifi olub.

 

70-ci dəqiqədə “Arsenal” Co Uillokun möhtəşəm qolu ilə hesabda 5:4 önə keçib.

 

Meydan sahibləri yenə də ruhdan düşməyib və sona qədər vuruşub. 90+4-cü dəqiqədə səhnəyə çıxan Divok Orici komandasını məğlubiyyətdən xilas edib – 5:5.

 

1/4 finala yüksələcək komandanı müəyyənləşdirmək üçün penaltilər seriyası baş tutub. Burada “Liverpul”un futbolçuları daha dəqiq oynayıb və 5:4 hesablı qələbə ilə ¼ finala yüksəlib. “Arsenal”ın heyətində Dani Sebalyos penaltini dəqiq yerinə yetirməyib.

 

“Liverpul” – “Arsenal” – 5:5 (pen: 5:4)
Qollar
: Şkodran Mustafi, 6 (avtoqol), Ceyms Milner, 43 (pen.), Aleks Oksleyd-Çemberleyn, 58, Divok Orici, 62; 90+4,  – Lukas Torreyra, 19, Qabriel Martinelli, 26; 36, Eynzli Meytlend-Naylz, 54, Co Uillok, 70

 

Xəbər xətti