İngiltərə Premyer Liqasının 11-ci turunda "Everton"la matçda (1:1) Andre Qomeşlə mübarizə zamanı onun ayağını qıran "Tottenhem"in futbolçusu Son Hın-Min depressiyaya düşüb.
Sportal.az "The Sun" istinadən xəbər verir ki, qarşılaşmadan sonra cənubi koreyalı forvard miks-zonadan əllərini üzünə tutaraq jurnalistlərə görünmədən uzaqlaşıb. Evdə tək qalmaq istəyən Son telefonunu söndürüb, heç kimlə ünsiyyət qurmaq fikrində deyil.
"Tottenhem" futbolçu üçün psixoloq ayıracaq.
78-ci dəqiqədə Qomeşin ayağını qıran futbolçu qırmızı vərəqə alıb. Rəqibin ağrılar içində olduğunu görən Son göz yaşlarını saxlaya bilməyib.
saytlarin hazirlanmasi