İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu məlum olub.
Sportal.az xəbər verir ki, azarkeşlərin, Premyer Liqa klublarının kapitanlarının və mütəxəssislərin ortaq rəyi əsasında “Lester Siti”nin hücumçusu Ceymi Vardi bu ada layiq görülüb.
O, yarımmüdafiəçilər – Cek Qriliş (“Aston Villa”), Yuri Tilemans (“Lester Siti”), İlkay Gündoğan “(“Mançester Siti”), qapıçı Din Henderson (“Şeffild Yunayted”) və cinah oyunçusu Vilyanla (“Çelsi”) mübarizədən qalib ayrılıb.
Vardi bu ada 4, ya da daha çox nail olan 12-ci futbolçu kimi tarixə düşüb. Premyer Liqada ən çox ayın futbolçusu seçilən isə “Mançester Siti”nin hücumçusu Serxio Aquerodu – 6 dəfə.
Ceymi Vardi oktyabrda 3 matçda 4 qol vurub.
Ayın ən yaxşı baş məşqçisi isə "Çelsi"nin çalışdırıcısı Frenk Lempard seçilib.
saytlarin hazirlanmasi