İspaniya millisinin və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrike "Arsenal"dan istefaya göndəriləcəyi gözlənilən Unai Emerini əvəz edə bilər .
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "topçular"ın idman direktoru Raul Sanllexi 49 yaşlı mütəxəssislə görüşür. İspaniyalı mütəxəssisin London klubunu çalışdıracağı iddia edilir.
"Arsenal" İngiltərə Premyer Liqasında son 5 oyunda qalib gəlmir. Komanda 12 turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb.
Luis Enrike yayda qızı xərçəng xəstəliyindən vəfat etdiyi üçün İspaniya millisindən ayrılmışdı.
saytlarin hazirlanmasi