Nqolo Kante: “Karyeramı “Çelsi”də bitirmək istəyirəm”

18:55 - 11 Noyabr 2019

Adı transfer xəbərlərində hallanan Nqolo Kante “Çelsi”də xoşbəxt olduğunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü karyerasını London təmsilçisində bitirməyi düşündüyünü deyib:

 

“Karyeramı “Çelsi”də bitirmək istəyərdim. Klubla 2023-cü ilə qədər müqaviləm var. Ümid edirəm ki, uğurlu mövsümlər keçirəcəm. Hazırda özümü başqa yerdə xəyal edə bilmirəm”.

 

2015-ci ildə “Marsel”dən təklif alsa da, 28 yaşlı yarımmüdafiəçi “Lester Siti”ni seçdi. O, buna görə heç vaxt peşman olmadığını bildirib:

 

“2015-ci ildə “Marsel”in əvəzinə “Lester Siti”yə keçdiyim üçün peşman deyiləm. Bu komandada Premyer Liqa çempionluğu yaşadım. Daha sonra “Çelsi”yə keçdim, titullar qazandım. “Lester Siti” mənə çox kömək oldu. Ümid edirəm ki, daha çox kubok qazanacam”.

 

Kante bu mövsüm “Çelsi”də 7 oyun keçirib və 2 qol vurub.

Xəbər xətti