"Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq İngiltərə millisindən kənarlaşdırılıb.
Sportal.az xəbər verir ki, 24 yaşlı millinin düşərgəsində "Liverpul"un müdafiəçisi Co Qomeslə münaqişə yaşadığı AÇ-2020-nin seçmə mərhələsində Monteneqro və Kosovo ilə oyunların iştirakçısı olmayacaq.
Sterlinq “Mançester Siti”nin heyətində Premyer Liqanın 12-ci turunda “Liverpul”a 1:3 hesabı ilə uduzduqları oyunda Qomeslə mübahisə etmişdi. O, yarımçıq qalan mübahisəni millinin düşərgəsində davam etdirib. Futbolçular arasında gərginlik böyüdüyü üçün Sterlinq millidən kənarlaşdırılıb.
İngiltərə millisi noyabrın 14-də Monteneqro, 3 gün sonra isə Kosovo ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi