Futbolçu xərçənglə savaşır, klublar 200 minin davasını edir

18:32 - 18 Noyabr 2019

İngiltərə Çempionşipində çıxış edən “Hall Siti” klubu 2018-ci ildə “Barnsli”dən transfer etdiyi Anqus Makdonaldın təzminatını ödəmək istəmir.

 

Sportal.az xəbər verir ki, transferindən sonra komandada ikinci kapitanlığa yüksələn Makdonald üçün hər şey anidən dəyişdi. 2018-ci ilin yanvarından avqustuna qədər stabil oynayan futbolçunun səhhətində problem yarandı və uzun müddət meydanlardan uzaq qaldı. Sentyabr ayında Makdonald daha bir bəd xəbər aldı. İngilis futbolçuda bu dəfə bağırsaq xərçəngi aşkarlandı.

 

“Hall Siti” futbolçunun sağlamlığının hər şeydən öndə gəldiyini açıqlasa da, yaşananlar bunu təsdiqləmir. 27 yaşlı futbolçu xərçənlə savaşır, “Hall Siti” isə “Barnsli”yə transferin son taksitini (200 min funt-sterlinq) ödəməyəcəyini xəbardarlıq edib. “Pələnglər” Makdonaldın tibbi müayinədən keçdiyi zaman vücudunda dəmir əskikliyinin olduğunu bildirib.

 

“Barsnli”nin baş məşqçisi Pol Hekinqbott 27 yaşlı futbolçunun “Hall Siti”yə transfer olmamışdan öncə fiziki durumuna təsir edəcək dəmir əskikliyinin olduğunu, lakin qarşı tərəfin transferi tamamlamaq istədiyini açıqlayıb.

 

İngiltərə mətbuatında Makdonalda “Dəmir adam” ləqəbi verilib.

 

“Barnsli” ötən günlərdə “Hall Siti”dən transfer təzminatının son taksitini tələb edib, ancaq rədd cavabı alıb. “Pələnglər” futbolçunun sağlımalığını əsas gətirərək, son təzminatı ödəməyəcəyini bildirib. Klubların işi məhkəmədə həll olunacaq. Makdonald isə xərçənglə ən güclü şəkildə mübarizə aparır.

 

Güclü qal, “Dəmir oğlan”! 

Xəbər xətti