Joze Mourinyo təyinatından danışdı

00:21 - 21 Noyabr 2019

“Tottenhem”in baş məşqçisi təyin edilən Joze Mourinyo klub saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis xoşbəxt olduğunu deyib:

 

“Mübarizəyə başlamağı səbirsizliklə gözləyirəm. Daha öncə bu qədər sevinməmişdim. Hər zaman “Tottenhem”in yaxşı potensiala sahib olduğunu açıqlamışam. Heyətdəki oyunçuların necə potensiala sahib olduğunu bilirəm. Avropadanın bütün klublarının hədəfində olan futbolçuları saxlamaq asan iş deyil. Buna görə də klubu təbrik etmək lazımdır. Həqiqətən də bu heyəti sevirəm. Sizə hansısa futbolçunun adını xüsusi deməyəcəm, çünki mənim iş tərzimə uyğun deyil. Komandanın birliyini sevirəm. Hər məşqçi gənclərlə çalışmağı sevir. Dünyada inanmıram ki, hansısa məşqçi bunu xoşlamasın. Gəncləri inkişaf etdirməyi hər kəs xoşlayır. “Tottenhem”in tarixinə baxanda bunu yaxşı bacardığını görürük. Yeni stadionumuz da çox gözəldir. Dünyanın ən yaxşı stadionlarından birinə sahibik”.

 

56 yaşlı mütəxəssis London klubu ilə 3,5 illik müqavilə imzalayıb.

Xəbər xətti