Devid Moyes "Everton"a qayıda bilər

14:54 - 7 Dekabr 2019

Marku Silvanı istefaya göndərən “Everton” baş məşqçi axtarışındadır.

 

Sportal.az "Daily Telegraph"a istinadən xəbər verir ki, Liverpul klubu sabiq çalışdırıcısı Devid Moyeslə anlaşa bilər. Klub rəhbərliyi işsiz olan 56 yaşlı mütəxəssislə danışıqlara başlamaq fikrindədir.

 

Bundan əlavə, Alan Pardyu, Karlo Ançelotti, Maurisio Poçettino da namizədlər siyahısındadır.

 

Devid Moyes 2002-2013-cü illərdə “Everton”un baş məşqçisi olub.

Xəbər xətti