Obameyanqın oyun zamanı tualetə getməsi qalmaqala səbəb oldu

15:15 - 7 Dekabr 2019

"Arsenal"ın kapitanı Pyer-Emerik Obameyanq Premyer Liqanın 15-ci turunda "Brayton"a uduzduqları oyunun sonlarına yaxın tualetə getməsi azarkeşləri qəzəbləndirib.

 

Sportal.az xəbər verir ki, komandası hesabda 1:2 geridə olduğu zaman qabonlu hücumçu 4-5 dəqiqəlik tualetə gedib. Müvəqqəti olaraq "topçular"ı çalışdıran Freddi Lyunberq həmin an bu hadisəni görmədyini deyib: "Bunu görməmişəm. Obameyanqın tuneldən çıxdığını gördüm. Tualet ehtiyacı var idi və buna görə gedib".

 

"Arsenal" azarkeşləri isə komandanın məğlub olduğu vaxtda kapitanın tualetə getməsini kəskin şəkildə qınayıb.

 

"Arsenal" Premyer Liqada son 9 oyunda qalib gəlmir.

Xəbər xətti