Konte "İnter"də qaldı

22:22 - 25 Avqust 2020

Avropa Liqasının finalında "Sevilya"ya uduzduqdan sonra komandadan ayrıla biləcəyini deyən "İnter"in baş məşqçisi Antonio Kontenin taleyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, klubun direktoru Beppe Marotta italiyalı mütəxəssislə görüşüb. Müzakirələrdən sonra 51 yaşlı mütəxəssis Milan təmsilçisində qalmağa qərar verib.

 

Konte 2019-cu ilin yayından "İnter"i çalışdırır. "Göy-qaralar" ötən mövsüm A Seriyasında 2-ci yeri tutub, Avropa Liqasının finalında məğlub olub.

Xəbər xətti