"İnter" 34 yaşlı futbolçunu transfer edir

14:52 - 28 Avqust 2020

İtaliyanın "İnter" klubu növbəti transferini həll edib.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, Milan təmsilçisi "Roma"nın müdafiəçisi Aleksandar Kolarovla anlaşıb. 34 yaşlı serbiyalı futbolçu tibbi müayinədən keçdikdən sonra "göy-qaralar"la 2 illik müqavilə imzalayacaq.

 

"Roma" Kolarovu 2017-ci ildə "Mançester Siti"də 5 milyon avroya transfer etmişdi.

Xəbər xətti