"Breşiya"nın ulduzu "Milan"a transfer oldu

09:24 - 31 Avqust 2020

"Milan" B Seriyasına düşən "Breşiya"nın yarımmüdafiıçisi Sandro Tonalini transferini bitirib.

 

Sportal.az "Tuttomercatoweb"ə istinadla xəbər verir ki, "qırmızı-qaralar" 20 yaşlı futbolçunu 10 milyon avro qarşılığında 1 illik icarəyə götürüb. Milan təmsilçisi mövsümün sonunda daha 15 milyon avro ödəyib, italiyalı oyunçunun transfer hüququna yiyələnəcək.

 

"Milan" daha 10 milyon avronu bonuslar şəklində ödəyəcək. Növbəti satışdan 10 faizi "Breşiya"ya çatacaq.

 

Tonali ilə 5 illik razılıq əldə edilib. Onun illik maaşı 2 milyon avro olacaq.

 

Gənc futbolçu ötən mövsüm A Seriyasında keçirdiyi 35 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbər xətti