İquain Bekhemin klubu ilə razılaşdı

10:43 - 2 Sentyabr 2020

"Yuventus"un hücumçusu Qonsalo İquain karyerasını ABŞ-da davam etdirəcək.

 

Sportal.az "TYC Sports"a istinadla xəbər verir ki, argentinalı hücumçu MLS təmsilçisi "İnter Mayami" ilə razılığa gəlib.

 

Devid Bekhemin sahibi olduğu klub daha pncə "Yuventus"dan Blez Matyuidini də transfer etmişdi.

 

İquain 2016-cı ildə 94 milyon avro qarşılığında "Napoli"dən "qoca sinyora"ya keçmişdi. 32 yaşlı futbolçu Turin klubunda keçirdiyi 149 oyunda 66 qol vurub, 16 məhsuldar ötürmə edib.

 

 

Xəbər xətti